Yeni enerji strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsi olaraq Azərbaycan hazırda dünyada həm də qaz ölkəsi kimi tanınır. Prezident İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi siyasət sayəsində müstəqil Azərbaycanın regional və qlobal miqyasda ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişlənməsində rolu əhəmiyyətli dərəcədə artıb. Əlamətdar haldır ki, son illər ərzində görülən işlər sayəsində ölkəmizin neft-qaz sənayesinin inkişafı keyfiyyətcə yeni mərhələyə yüksəlib. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın strateji təhlükəsizliyini daha da gücləndirib.
Hazırda dünyada yaşanan məlum gərginliklər fonunda ölkələrin milli təhlükəsizliyinə yaranan təhdidlər enerji təhlükəsizliyinin aktuallığını daha da artırıb. Azərbaycan Avropa üçün alternativ enerji mənbəyi qismində çıxış edir. Azərbaycanın özünü Avropanın etibarlı “mavi yanacaq” təchizatçısı kimi təsdiqlənməsi, istehlakçıların inamını qazanması Prezident İlham Əliyevin müstəsna xidmətlərinin, onun konkret hədəflərə çatmağa hesablanan məqsədyönlü siyasətinin məntiqi nəticəsidir.
Müstəqil Azərbaycanımızın Avropanın enerji xəritəsini yenilənməsi qürurverici haldır. Azərbaycanın Avropaya neft ixracı İtaliya üzərindən gerçəkləşir. Bu baxımdan iki ölkənin enerji sahəsində əməkdaşlığı yüksək səviyyədədir. İtaliya enerji sahəsində Azərbaycanın ən böyük tərəfdaşıdır. Azərbaycan İtaliyanın neft təchizatında 1-ci, qaz təchizatında isə 3-cü yeri tutur. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib faktordur. TAP layihəsi üzrə Azərbaycan qazının əsas alıcıları Yunanıstan, Bolqarıstan, Serbiya ilə yanaşı, həm də İtaliyadır. TAP hazırda İtaliyanın qaz tələbatının təxminən 10%-ni qarşılayır. Azərbaycanın Avropaya nəql etdiyi qazın həcminin artırılması ilə bağlı Avropa İttifaqı ilə əldə olunan razılaşmanın reallaşdırılması nəticəsində TAP vasitəsilə İtaliyaya satılan qazın həcmi iki dəfəyə qədər arta bilər. O cümlədən, Azərbaycan il yarım ərzində Avropaya 13,5 milyard kubmetr qaz nəql edib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bu il də əlavə olaraq İtaliya bazarına 10 miyard kubmetr qaz nəql etmək planlaşdırılır və ümumi ixrac 22 milyard kubmetrdən artıq olacaq.
Beləliklə Azərbaycanın Avropa İttifaqı və bölgə ölkələrinin enerji təhlükəsizliyi sistemindəki strateji rolu gündən-günə artır və Azərbaycanın enerji diplomatiyasındakı uğurları iqtisadi imkanlarımızın genişlənməsində də əhəmiyyətli rol oynayır.
Rəşadət Xalıqov
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini