Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanlı atlet karyerasını vaxtından əvvəl başa vurub

Azərbaycanlı atlet karyerasını vaxtından əvvəl başa vurub


Azərbaycanı fiqurlu konkisürmə üzrə beynəlxalq yarışlarda təmsil edən atletimiz Yekaterina Ryabova səhhətində yaranan problemlə bağlı karyerasını başa vurub.

Newscenter.az Azərbaycan Qış İdman Növləri Federasiyasına istinadən xəbər verir ki, bununla əlaqədar olaraq yaxın dönəmdə Azərbaycanı fiqurlu konkisürmə üzrə beynəlxalq yarışlarda Səbinə Əliyeva və Vladimir Litvintsev təmsil edəcək.

Azərbaycan Qış İdmanı Növləri Federasiyası Yekaterina Ryabovaya uğurlar arzu edir, Azərbaycanı beynəlxalq yarışlarda təmsil etdiyi üçün minnətdarlığını bildirir.

Oruc
Xəbəri paylaş