Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəlilabadda ferma yanıb, 29 baş mal-qara tələf olub

Cəlilabadda ferma yanıb, 29 baş mal-qara tələf olub


Cəlilabad rayonunda fermada yanğın olub.

Newscenter.az xəbər verir ki, "Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Sərhədabad kəndində, Anar Qasımova məxsus təsərrüfatda qeydə alınıb.

Yanğın nəticəsində 29 baş iribuynuzlu mal-qara tələf olub və 6 ton ot yanıb.

Hadisəyerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb edilib.

Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş