Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

EkoAvrasiya rəhbərinə yüksək etimad göstərildi

EkoAvrasiya rəhbərinə yüksək etimad göstərildi


Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasiya) İdarə Heyətinin sədri Hikmət Eren Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Prezident yanında fəaliyyət göstərən Xarici Ölkələrdəki Kıbrıs Türkləri Komitəsinə üzv qəbul edilib.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı EkoAvrasiya rəhbəri özü verib. Bildirib ki, KKTC prezidenti Ersin Tatarın himayəsində fəaliyyət göstərən Komitə onu Türkiyə ilə Kuzey Kıbrıs arasında əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə bu vəzifəyə layiq bilib.

Göstərilən etimada görə KKTC prezidenti Ersin Tatara, eləcə də adıçəkilən Komitəyə minnətdarlığını ifadə edən Hikmet Eren, bundan sonra da Kuzey Kıbrısın haqq və hüquqlarının müdafiəsi, qorunması istiqamətində fəaliyyətini davam etdirəcəyini, dünyanın müxtəlif ölkələrində yaşayan kıbrıslı türklərin Ana Vətənləri ilə bağlılıqlarının daha da möhkəmləndirilməsi üçün müxtəlif layihələr həyata keçirəcəklərini vurğulayıb.
Xəbəri paylaş