Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan Serbiyaya səfər edib

Ərdoğan Serbiyaya səfər edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinadan sonra Serbiyaya səfər edib.

Bu barədə Newscenter.az “Haber Global”a istinadən xəbər verir.

Belqradın Nikola Tesla Hava Limanında Türkiyə liderini Serbiya Prezidenti Aleksandar Vuçiç, həmçinin Serbiyanın Ankaradakı səfiri Zoran Markoviç, Türkiyənin Belqraddakı səfiri Hami Aksoy, səfirliyin digər əməkdaşları qarşılayıb.

Türkiyə Prezidenti və xanımı Əminə Ərdoğanı xarici işlər naziri Mövlut Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, milli müdafiə naziri Hulusi Akar, sənaye və texnologiya naziri Mustafa Varank, kənd və meşə təsərrüfatı naziri Vahit Kirişçi, ticarət naziri Mehmet Muş, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, AKP sədrinin müavini Numan Kurtulmuş, AKP sədrinin digər müavini və partiya sözçüsü Ömər Çelik, habelə digər şəxslər müşayiət edirlər.

Anar TAGIYEV
Xəbəri paylaş