Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qusarda meyiti tapılan qadının əri tərəfindən döyülərək öldürüldüyü məlum olub

Qusarda meyiti tapılan qadının əri tərəfindən döyülərək öldürüldüyü məlum olub


Sentaybrın 6-da Qusar rayon sakini, 1995-ci il təvəllüdlü Ellada Abbasovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Newscenter.az-a Qusar Rayon Prokurorluğundan məlumat verilib.

Bildiirlib ki, aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri, 1985-ci il təvəllüdlü Zedik Əlifxanov sentyabrın 4-də axşam saatlarında yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı əllə, ayaqla və ağac parçası ilə Ellada Abbasovaya xəsarətlər yetirib, qadın almış olduğu xəsarətlərin təsirindən qeyd edilən tarixdə ölüb.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Zedik Əlifxanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Xəbəri paylaş