Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə keçiriləcək

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə keçiriləcək


Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığına əsasən, parlamentdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üzərində iş davam edir.

Milli Məclisdən Newscenter.az-a bildirilib ki, ölkəmizdə dövlət qeydiyyatına alınmış 39 siyasi partiya yeni qanun layihəsi ilə bağlı təkliflərini artıq Milli Məclisə təqdim edib.

Yeni qanun layihəsinin hazırlanması prosesində 20-dən artıq ölkənin bu sahədə təcrübəsi və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri də nəzərdən keçirilib.

Qeyd olunub ki, qabaqcadan bildirildiyi kimi, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin geniş müzakirəsi məqsədi ilə Milli Məclisdə ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub.

İlk ictimai dinləmənin cari ilin sentyabrın 28-də keçirilməsi gözlənilir. İctimai dinləmə zamanı səsləndiriləcək fikirlər, o cümlədən irəli sürüləcək təkliflər nəzərdən keçiriləcək.
Xəbəri paylaş