Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ÜGT ilə DGK arasında səmərəli və işgüzar əməkdaşlıq mövcuddur

ÜGT ilə DGK arasında səmərəli və işgüzar əməkdaşlıq mövcuddur


Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, Komitə sədrinin vəzifələrini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Avropa Regional Ofisinin rəhbəri Əsər Çəngəllə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar görüşüb.

Newscenter.az xəbər verir ki, görüşdə DGK ilə ÜGT arasında uzun illərə dayanan səmərəli və işgüzar əməkdaşlıqdan söhbət açılıb, Azərbaycan gömrüyünün inkişafında, gömrük sahəsində müasir yeniliklərin tətbiqi, əməkdaşların potensialının gücləndirilməsində təşkilatın mühüm rolundan bəhs edilib.

Şahin Bağırov Regional Ofisə rəhbərliyi dövründə Əsər Çəngəlin regional əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətindən məmnunluqla danışıb, gələcək işlərində uğurlar arzulayıb.

Əsər Çəngəl təmsil etdiyi qurumla DGK arasındakı əlaqələrin daim yüksələn xətlə inkişaf etdiyini, təşkilatın regional qurumunun Bakıda yerləşməsinin, eləcə də Azərbaycanın ÜGT çərçivəsində aktiv fəaliyyətinin səmərəli əməkdaşlığın bariz nümunəsi olduğunu vurğulayıb, göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Xəbəri paylaş