Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Astara şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.
Newscenter.az bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.
Məlumata görə, hazırda qurumun briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra şəhərə suyun verilişi bərpa olunacaq.
Səhmdar cəmiyyəti narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.
Sevinc