Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daşkənddə Qadın Parlament Sədrlərinin Sammiti başlayıb

Daşkənddə Qadın Parlament Sədrlərinin Sammiti başlayıb


Özbəkistanın paytaxtı Daşkənddə Qadın Parlament Sədrlərinin XIV Sammiti başlayıb.

Newscenter.az-ın məlumatına görə, “Report” “Sputnik-Uzbekistan”a istinadən xəbər verir ki, Azərbaycanı tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.

Sammit iştirakçıları “Parlamentdə liderlik: Dayanıqlığı və inkişafı daha səmərəli təmin etmək üçün risklərin proqnozlaşdırılması” mövzusunu müzakirə edirlər.

Xüsusilə, tərəflər pandemiyadan sonra qlobal bərpaya mane olan risklərin aradan qaldırılmasını nəzərdən keçirəcəklər.

Bundan əlavə, sammitdə qızların və qadınların, o cümlədən reproduktiv sağlamlıq sahəsində həssaslığının azaldılması, rəqəmsal iqtisadiyyat və əmək sahəsində texnoloji innovasiyaların stimullaşdırılması təşəbbüsləri də müzakirə olunacaq.

Sammit sentyabrın 9-da başa çatacaq.
Xəbəri paylaş