Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncədə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Gəncədə iki avtomobil toqquşub, ölən və xəsarət alan var


Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Newscenter.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, Yeni Gəncə qəsəbəsində 2 avtomobilin toqquşması nəticəsində, 1 nəfər aldığı xəsarətdən dünyasını dəyişib. Daha bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.
Xəbəri paylaş