Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək


Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 14-də Kürdəmir, Ucar, Göyçay, Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.

Newscenter.az-a Dövlət Komitəsindən bildirilib ki, qQəbul Kürdəmir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Mehman
Xəbəri paylaş