Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin həm Bakıya, həm də İrəvana qarşı ikili oyanayır

Putin həm Bakıya, həm də İrəvana qarşı ikili oyanayır


Rusiya Prezidenti Vladimir Putin Vladivostokda Şərq İqtisadiyyat Forumu çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla bir araya gəlib.

Görüş ənənəvi atmosferdə keçsə də, Ermənistanın foruma dəvət edilməsi diqqətçəkən məqam idi. Məsələ ondadır ki, Şərq İqtisadiyyat Forumu Rusiya və digər region ölkələri üçün əhəmiyyət kəsb edir. Regionun iqtisadi baxımından forum əlavə dividentlər qazandıra bilər. Lakin Ermənistan region üçün elə də ciddi bir iqtisadiyyata malik oyunçu deyil. Əksinə, bu ölkənin iqtisadiyyatı xarici ianələrə, iqtisadi yardımlara möhtac vəziyyətdədir. Bu halda belə bir qənaətə gəlmək olar ki, Paşinyanın foruma dəvət edilməsi sırf Cənubi Qafqazdakı siyasi vəziyyət ilə bağlıdır.
Putinin Cənubi Qafqazda baş verən proseslərdən narahat olduğu məlumdur. Xüsusilə Brüssel formatı çərçivəsində ardıcıl görüşlərin keçirilməsi, hər görüşün Ermənistan ilə Azərbaycan arasında problemlərin həllinə dair ciddi qərarlar qəbul edilməsi Rusiyanı ciddi narahat edir.

Rusiya Ermənistanla Azərbaycan arasında münaqişənin bitməsini yekun sülh müqaviləsinin imzalanmasını istəmir. Çünki bu Kremlin regiona təsir imkanlarını azaldacağı kimi Ermənistanın da Rusiya asılılığından xilas olub Qərbə yönəlməsi deməkdir. Bu mənada Putinin hazırda ikili oynadığını demək olar. Özü də bu ikili oyun təkcə Azərbaycana qarşı deyil, həmçinin Ermənistana qarşıdır.

Putin açıqlamalarında dəfələrlə Azərbaycanla strateji tərəfdaşlıqdan məmnun olduğunu qeyd edib. Lakin digər tərəfdən Ermənistanın baş naziri ilə Qarabağ ətrafında məsələləri müzakirə edir.

Bu məsələ Azərbaycanın daxili məsələdir və Ermənista heç bir aidiyyəti yoxdur. Digər tərəfdən Azərbaycanın daxili məsələsinin Ermənistanla müzakirəsi heç bir halda strateji tərəfdaşlığa uyğun deyil.

Bənzər ssenarini Putin Ermənistana tətbiq edir. Misal üçün, Putin Paşinyanla tez-tez bir araya gəlir, Ermənistanı yaxından uzaqdan əlaqədar etməyən regional iqtisadi-siyasi forum, tədbirlərə dəvət edir. Bununla Kremlin Ermənistanın yanında olduğu mesajı verilir. Lakin digər tərəfdən Ermənistan daxilində Qarabağ klanını dəstəkləyir, hətta erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan kimi Paşinyana alternativ olacaq yeni simalar yaradır.
Paşinyanın forumdakı çıxışı

Ermənistan Baş nazir Nikol Paşinyanın forumda çıxışı zamanı Azərbaycanla sərhədlərin müəyyənləşməsinə, kommunikasiya xətlərinin açılmasına və Türkiyə ilə dialoqa müsbət yanaşdığını bildirib. Prinsip etibarilə, Paşinyanın qeyd etdiyi bu məsələlər heç də yeni deyil.

Paşinyan qeyd edib ki, Ermənistan Azərbaycanla sərhədlərin açılmasında maraqlıdır. Bu prosesin Rusiyanın dəstəyi ilə başa çatdırılmasını gözləyirik. Lakin o həm də Putinlə iki ölkə arasında ən həssas məsələlərdən birinin Qarabağ olduğuna diqqət çəkib. Putin də öz növbəsində Qarabağın təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.
Ermənistan Azərbaycanla sərhədlərin açılmasında maraqlı olduğunu desə də Qarabağ ətrafında Rusiya ilə müzakirə etməsi onun və ölkənin Azərbaycanın ərazi bütövlüyünü tanımadığını göstərir. Bu şərtlər daxilində sərhədlərin açılmasından söhbət belə gedə bilməz.

Turan Rzayev-politoloq
Xəbəri paylaş