Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağ" qrup mərhələsində bu gün ilk oyununu keçirəcək

Qarabağ" qrup mərhələsində bu gün ilk oyununu keçirəcək


"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq.

Newscenter.az-ın "Report"a istinadən verdiyi məlumata görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Almaniyada "Frayburq"un qonağı olacaq.

"Europa-Park" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Görüşü belçikalı Erik Lambrextsin başçılıq erdiyi hakimlər briqadası idarə edəcək. "Köhlən atlar"ın heyətində zədəli Kevin Medina, meydan sahiblərində isə Roland Şallai eyni səbəbdən görüşü buraxacaq.

Beləliklə, Azərbaycan çempionu ardıcıl 9-cu dəfə avrokubokların qrup mərhələsində mübarizəyə başlayacaq.

G qrupunun digər oyununda "Nant" Fransada Yunanıstan "Olimpiakos"unu qəbul edəcək.

UEFA Avropa Liqası
G qrupu
23:00. "Qarabağ" (Azərbaycan) - "Frayburq" (Almaniya)
Baş hakim: Erik Lambrexts (Belçika)
Frayburq. "Europa-Park" stadionu.
Xəbəri paylaş