Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakının Müzəffər Nərimanov küçəsi təmir edilib

Bakının Müzəffər Nərimanov küçəsi təmir edilib


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Müzəffər Nərimanov küçəsinin təmirini yekunlaşdırıb.

Newscenter.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, uzunluğu 1 830 metr olan həmin küçə Heydər Əliyev və Ziya Bünyadov prospektlərini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.

Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, mövcud piyada səkiləri 6 983 kvadratmetr sahədə bərpa olunub, 4582 p/m yeni səki daşları düzülüb, 32 yeni yağış barmaqlıqları quraşdırılıb.

Müzəffər Nərimanov küçəsinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində yerləşən dairə ləğv edilib.

Yaxın müddət ərzində sözügedən hissədə aidiyyəti qurumlar tərəfindən hazırlanan layihə əsasında işıqforların quraşdırılması planlaşdırılır. Ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Ümumilikdə 33 222 kvadratmetr ərazidə təmir işləri aparılıb. Küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunub.

Bu il Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometrdir.



Sevinc
Xəbəri paylaş