Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat İqbal Məmmədov yeni tədris ilində məktəbliləri sevindirəcək

Deputat İqbal Məmmədov yeni tədris ilində məktəbliləri sevindirəcək


78 saylı Lerik seçki dairəsindən Milli Məclisə deputat seçilən İqbal Məmmədov 2023-2024-cü tədris ilində də məktəbliləri sevindirmək niyyətindədir. Bu barədə məlumatı Newscenter.az-a millət vəkili özü verib. İqbal Məmmədov qeyd edib ki, deputat seçilmədən əvvəl də bu xeyirxah missiyanı həyata keçirib:

"Ümumiyyətlə, biz etdiyimiz bu kimi işləri reklam etmirik. Ancaq ümumi olaraq bildirim ki, 2000-ci ildən biz bu prosesi imkan daxilində davam etdiririk".

Millət vəkili onu da diqqətə çatdırıb ki, artıq onlarda müəyyən bir siyahı var və kimin məktəb ləvazimatları, eləcə də digər zəruri avadanlıqlara ehtiyac olduğunu bilirlər:

"Onlara məktəb ləvazimatları ilə bərabər, eyni zamanda digər zəruri məhsullar, paltar dəsti də göndəririk".

Anar
Xəbəri paylaş