Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib-FOTOLAR

Deputat Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib-FOTOLAR


24 saylı seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayon sakinləri, o cümlədən Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlar tərəfindən ünvanlanmış müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.

Görüşdə millət vəkili vətəndaşları onlayn formatda dinləyib, müxtəlif mövzularda onları narahat edən problemləri qeydiyyata götürüb.

Deputat qərargahından Newscenter.az-a verilən məlumata əsasən, görüş zamanı qəbul iştirakçıları tərəfindən səsləndirilən əsas məsələlər sırasında vətəndaşların işlə təmin olunması, əlilliyin təyin edilməsi, xəstəlikdən əziyyət çəkən şəxsin müalicəsi ilə əlaqədar yardım göstərilməsi, sosial yardımın bərpa edilməsi, vətəndaşa hüquqi dəstəyin göstərilməsi, məhəllənin abadlaşdırılması, s. bu kimi məsələlər başlıca yer almışdır.

Qəbulun sonunda deputat K. Nurullayeva görüş iştirakçılarına bildirib ki, qeydiyyata götürülmüş müraciətlər ən yaxın zamanda aidiyyəti üzrə müvafıq qurumlara ünvanlanacaq, məsələlərin həlli istiqamətində lazımi addımlar atılacaqdır.

Ruhiyyə
Xəbəri paylaş