Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda "Şam festivalı" keçirilib

Bakıda "Şam festivalı" keçirilib


Yaponiyanın Azərbaycandakı səfirliyi Bakının mərkəzində "Şam festivalı" keçirib

Newscenter.az "Report"-a istinadən xəbər verir ki, festival Yaponiya ilə Azərbaycan arasında dostluq İli çərçivəsində qeyd olunur və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub.

Festivala Nara prefekturasından (Yaponiya) 3 mütəxəssis dəvət olunub. Prefekturanın özündə bu festival 1999-cu ildən keçirilir və 10 gün davam edir, ziyarətçilərin sayı 90 mindən çoxdur.

Bakıda festival çərçivəsində Yaponiyadan xüsusi olaraq gətirilən 2 100 şamdan istifadə olunacaq.

Qeyd edək ki, tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada iştirak edib.

Səfir jurnalistlərə müsahibəsində bildirib ki, festivalın əsas əhəmiyyəti insanların rifahı, sağlamlığı və firavanlığı üçün şamların yandırılmasıdır.

"Bu həftə biz 30 illik yubileyi qeyd etdik, bu, iki ölkə arasında əlaqələrin nə qədər güclü olduğunu göstərir. Avstraliyadan sonra Azərbaycan bu festivalın geniş miqyasda keçirildiyi ikinci yerdir", - o əlavə edib.
Xəbəri paylaş