Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biləsuvar sakini aptekdə iynə vurdurduqdan sonra qəfil vəfat edib

Biləsuvar sakini aptekdə iynə vurdurduqdan sonra qəfil vəfat edib


Biləsuvar rayon sakini qəflətən vəfat edib.

Newscenter.az xəbər veerir ki, "Report"un Muğan bürosunun məlumatına görə, rayonun Xırmandalı kənd sakini, 1990-ci il təvəllüdlü Muxtarov Niyaməddin Musa oğlu ürəyində olan ağrılarla əlaqədar aptekə yaxınlaşıb.

Şahidlərin sözlərinə görə, bu zaman ona iynə vurulub. Küçəyə çıxan N.Muxtarov qəflətən yerə yıxılıb. Daha sonra onun öldüyü məlum olub.

Onun meyiti müayinə olunması üçün rayon morquna təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş