Sentyabrın 16-da Parisdə AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclası keçiriləcək.
Newscenter.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, iclasda Milli Məclisin deputatı Könül Nurullayeva iştirak edəcək.
İclasda Avropada islamofobiya və müsəlmanlara yönəlik irqçiliyə qarşı mübarizənin gücləndirilməsi, idman sahəsində qadınlara qarşı diskriminasiyaya son qoyulması, rəqəmsal texnologiyalara bərabər əlçatanlılığın yaradılması, gender bərabərsizliyi hallarının qarşısının alınması kimi aktual mövzular və digər məsələlər müzakirə ediləcək, müvafiq qərarlar qəbul ediləcək. Deputatımız tədbirdə müzakirə olunan məsələlərə öz münasibətini bildirəcək.
Ruhiyyə