Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputatlar AŞPA-nın Afinada keçirilən komitə iclasında iştirak edəcəklər

Deputatlar AŞPA-nın Afinada keçirilən komitə iclasında iştirak edəcəklər


AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin 18-19 sentyabr tarixində Afinada keçirilən iclasına isə Azərbaycan tərəfindən deputatlar Səməd Seyidov və Nigar Arpadarai qatılacaqlar.

Newscenter.az Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, iclasın gündəliyinə miqrasiya və sığınacaqların verilməsi kontekstində Avropa həmrəyliyi, miqrantların və qaçqınların inteqrasiyası kimi mövzular müzakirə ediləcək, bəzi təşkilati işlərə baxılacaq. Qeyd edək ki, iclasda deputat Nigar Arpadarainin "İdman vasitəsilə miqrantların, qaçqınların və məcburi köçkünlərin sosial həyata inteqrasiyası" mövzusunda məruzə ilə çıxış etməsi gözlənilir.

Arzu
Xəbəri paylaş