Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Macarıstan Avropa İttifaqından çıxarıla bilər

Macarıstan Avropa İttifaqından çıxarıla bilər


“Macarıstanın Rusiya ilə münasibəti Avropa İttifaqından çıxarılmasına əsas ola bilər”.

Newscenter.az-ın məlumatına görə, “Report” “1prime.ru” istinadən xəbər verir ki, bunu Çexiyanın Avropa məsələləri üzrə naziri Mikulaş Bek "Český rozhlas Plus” radiostansiyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Macarıstan bir növ uçurumun kənarına qədər uzun bir yol qət edib və indi oradan uzaqlaşmaq, yaxud risk edib tullanmaq barədə qərar verməlidir: “Çünki rəsmi Budapeştin mövqeyi Avropa İttifaqı dövlətlərinin mövqeyi ilə tez-tez ziddiyyət təşkil edir”.

Mikulaş Bek yaxın aylarda Macarıstanı Brüssellə razılaşmağa inandırmağı planlaşdırdığını bildirib.

Qeyd edək ki, Macarsıtan Avropa İttifaqının Rusiyadan təbii qaz və neft idxalı ilə bağlı məhdudlaşdırcı tədbirlərinə qarşı çıxır.
Xəbəri paylaş