Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində mübarizəni davam etdirir.
Eldar Yusubovun rəhbərlik etdiyi milli çıxış etdiyi D qrupunda son matçını bu gün Avstriya kollektivinə qarşı keçirəcək.
Newscenter.az xəbər verir ki, Şvexatda baş tutacaq görüşə Bakı vaxtı ilə saat 22:25-də start veriləcək. Bu qarşılaşma AVRO-2023-ə vəsiqə baxımından həlledici xarakter daşıyır. Matçın nəticəsinə görə Sloveniyanın ardınca qrup ikincisi olaraq 2023-cü ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə yüksələcək komandanın adı müəyyən olunacaq.
Qeyd edək ki, 2005-ci ildən başlayaraq Avropa çempionatının final mərhələlərinin daimi iştirakçısı olan millimizin ardıcıl 10-cu dəfə həlledici raunda yüksəlməsi üçün komandamıza 1 xal yetərlidir.
AVRO-2023-ün final mərhələsi Belçika, İtaliya, Estoniya və Almaniyada keçiriləcək.
Oruc