“NATO Cənubi Qafqazın sabitliyi və rifahı üçün vacib olan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bunu NATO Baş katibinin Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina tviterdə yazıb.
O, Azərbaycanın 5 erməni hərbçisini təhvil verməsini “yaxşı xəbər” adlandırıb: “Bunun vasitəçilər olmadan, ikitərəfli səylər nəticəsi həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir”.