Göygöl rayonunda yaşlı kişiyə yaxınları tərəfindən ağır xəsarət yetirilib.
Newscenter.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, 1954-cü il təvəllüdlü M.Hüseynov baş nahiyəsindən kəsici xəsarətlər alaraq ağır halda xəstəxanaya yerləşdirilib.
M.Hüseynovun dediyinə görə, ona ailə münaqişəsi zəminində oğlu və gəlini xəsarət yetirib.
Faktla bağlı araşdırmalara başlanılıb.