Ağdaş rayonunda həyat yoldaşını bıçaqlayan şəxs saxlanılıb.
Newscenter.az bildirir ki, "Report"un əldə etdiyi məlumata görə, hadisə sentyabrın 10-da Ağdaş şəhəri, Xəqani küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini Möhlüd Şirinov arvadı, 1993-cü il təvəllüdlü Ayişə Şirinovaya qısqanclıq zəminində 4 bıçaq xəsarəti yetirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən M.Şirinov tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis baş leytenantı Mahir Məsimov "Report"un sorğusuna cavab olaraq bildirib ki, hazırda fakt üzrə araşdırma aparılır.