Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun başçılıq etdiyi nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına səfəri təşkil olunub.
Bu barədə Newscenter.az-a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, nümayəndə heyətinin tərkibi azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul şəxslərindən ibarətdir.