Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA sədri fındıq emalı müəssisələrinin fəaliyyəti ilə tanış olub

AQTA sədri fındıq emalı müəssisələrinin fəaliyyəti ilə tanış olub


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Zaqatala rayonunda fındıq emalı müəssisələrinə baxış keçirib, fındıq ixracı ilə məşğul olan sahibkarlarla görüşüb.

Newscenter.az-a AQTA-dan bildirilib ki, Q. Təhməzli fındıq ixracı zamanı qarşıya çıxan əsas problemlər, ixrac prosesi, məhsullardan götürülmüş nümunələrin müayinələrinin nəticələri və təhlükəsiz məhsul istehsalı ilə bağlı sahibkarları dinləyib. Baxış zamanı sahibkarları narahat edən məsələlər, həmçinin fındıqda aflatoksin problemi və onun aradan qaldırılması yolları istiqamətində fikir mübadiləsi aparılıb. Xüsusilə laborator sınaq müayinələri zamanı aflatoksin miqdarının yol verilən həddən artıq olan məhsul partiyalarının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının müvafiq qərarının tələblərinə uyğun şəkildə icra olunmasının vacibliyi vurğulanıb.

Sahibkarların diqqətinə çatdırılıb ki, daxili və beynəlxalq bazarlarda istehlakçıların tələblərinə cavab verən yüksək keyfiyyətli, təhlükəsiz və rəqabətqabiliyyətli məhsulların istehsalına nail olmaq, son məhsulda aflatoksinin miqdarının yolverilən həddi keçməməsi üçün sahibkarlar tərəfindən məhsulun mövsümündə yığımının həyata keçirilməsi, saxlanması, emalı və çeşidlənməsi qaydalarına əməl edilməlidir.
Xəbəri paylaş