Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AYİB Azərbaycanda elektroenergetika sektorunun inkişafına texniki dəstək verəcək

AYİB Azərbaycanda elektroenergetika sektorunun inkişafına texniki dəstək verəcək


Energetika Nazuirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Odil​​​​​​ Reno Basson ilə görüş keçirilib.

Newscenter.az-ın xəbərinə görə, bu barədə özünün tvitter hesabından məlumat verən nazir Pərviz Şahbazov qeyd edib ki, görüşdə CQD-nin genişləndirilməsinə maliyyə dəstəyinə, Yaşıl Enerji üzrə çoxistiqamətli əməkdaşlığımızın prioritetlərinə dair səmərəli müzakirələr olub.

Pərviz Şahbazov oonu da bildirib ki, nazirliklə AYİB elektroenergetika sektorunun inkişafına texniki dəstəklə bağlı Memorandum imzalamağı planlaşdırır.

Sevinc
Xəbəri paylaş