"Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üstün ola bilməz. Hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən hüquqşünas Əli İbrahimov deyib ki, Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir:
"Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz. Belə şəxslər də müəyyən olunduqda mütləq şəkildə məsuliyyətə cəlb edilirlər, onların barəsində cəza tədbirləri görülür və qarşıdan gələn dövrdə bu tədbirlər daha da sərtləşdiriləcək".
Hüquqşünas hesab edir ki, müstəqil Azərbaycan demokratik və hüquqi dövlət quruculuğuna davamlı şəkildə güclü siyasi iradə nümayiş etdirərək bu yolla inamla irəliləyir:
"Qanunun aliliyi hər şeydən üstündür və kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir. Unutmayaq ki, qanun şahdır, şah qanun deyil!".
Mehman