Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Direktor müavini olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır

Direktor müavini olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır


Sentyabrın 13-də ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək.

Newscenter.az BŞTİ-yə istinadən xəbər verir ki, müsahibənin vaxtı və yeri barədə namizədlərə sms vasitəsilə məlumat verilib.

Müsabiqənin müsahibə mərhələsində namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri yoxlanılacaq.

Müsahibə proqramına “Təhsil haqqında”, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunları, təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamları, Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrləri, ümumi təhsil müəssisələrinin idarə olunması, məktəbdənkənar təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə müasir təhsil proqramları, sanitar-gigiyena, yanğından mühafizə norma və qaydaları, fəal təlim metodları, sosial-psixoloji ünsiyyət metodları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və digər mövzular daxildir.

Qeyd edək ki, namizədlərin müsahibəyə gələrkən tələb olunan sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, əmək kitabçasının surəti, şəxsiyyət vəsiqəsinin, ali təhsil haqqında sənədin və əlavənin əsli) Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yaradılmış komissiyaya təqdim etmələri vacibdir.

Onu da qeyd edək ki, test imtahanının nəticələrinə əsasən, keçid balını toplamış 310 namizəd müsabiqənin şifahi müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

R.Mehdiyeva
Xəbəri paylaş