Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əflatun Amaşov: "Əvəz Zeynallının həbsindən narahatıq"

Əflatun Amaşov: "Əvəz Zeynallının həbsindən narahatıq"


Mətbuat Şurasının fəaliyyətində gərgin dövrdür. Tezliklə qurultay olacaq. Bu, bizim jurnalistlərlə bağlı taleyüklü məsələləri arxa plana keçirməyimizə əsas vermir.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə, Azərbaycan Mətbuat Şurası tutduğu əməldən, ona qarşı irəli sürülmüş ittihamdan asılı olmayaraq, jurnalist həbsindən həmişə narahatdır:

"O cümlədən "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsindən də narahatıq. Arzu edərdik ki, Əvəz bəy azadlığına qovuşsun".

Əflatun Amaşov qeyd edib ki, Mətbuat Şurası olaraq məsələnin hüquqi tərəflərini mübahisələndirməkdən də uzağıq:

"Azərbaycan hüquq sisteminin ədalətinə sığınaraq məsələni diqqətdə saxlayırıq. Məsələ isə kifayət qədər həssasdır. İnanıram ki, ona ədalət prizmasından yanaşılacaqdır. Allah Əvəz Zeynallının qapısını açsın".

Mehman
Xəbəri paylaş