Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fətəli xan Xoyski prospektində aparılan təmir işləri yekunlaşıb VİDEO

Fətəli xan Xoyski prospektində aparılan təmir işləri yekunlaşıb VİDEO


Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Bakı şəhəri, Nərimanov rayonu Fətəli xan Xoyski prospektinin təmir işləri artıq yekunlaşıb.

Newscenter.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, təmir işləri ilkin olaraq prospektin Əhmədbəy Ağaoğlu və Koroğlu Rəhimov küçələri arasında olan hissəsində aparılıb.

Sözügedən hissədə asfalt-beton örtükdə əmələ gələn qabarma və çatlar hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Aparılmış təmir işləri ilə sözügedən problem tam olaraq aradan qaldırılıb.

Belə ki, ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, ardınca əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Ümumilikdə təmir işlərinin icra olunduğu hissənin uzunluğu təqribən 710 metr, sahəsi isə 21 min kv.m-ə yaxındır.

Prospektdə aparılan təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq əsasən gecə saatlarında və həftəsonları icra olunub. Zərurət yarandığı hallarda isə gecə saatlarında başlanılan təmir işlərinin icrası gündüz satlarında da davam etdirilib. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunaraq, zəruri hallarda iki növbəli iş qrafiki tətbiq edilib.

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə aparılıb.

Təmir işləri icra olunan müddətdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən ərazidə hərəkətin təhlükəsizliyi və faziləsizliyi təmin olunub.

Aparılan təmir işləri bitəndən sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yolgöstərici və yolcizgi xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılaraq prospektin sözügedən hissəsi müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Növbəti mərhələlərdə prospektin digər hissələrinin də təmiri nəzərdə tutulur.

Qeyd edək ki, cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7.6 km təşkil edir. 2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq rayon üzrə ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə təmir olunub.



Sevinc
Xəbəri paylaş