Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək

Gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək


15-16 sentyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında gənclər (20 və 23 yaşlı gənc oğlan və qızlar) arasında ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək.

Newscenter.az-a Azərbaycan Ağır Atletika Federasiyasından bildirilib ki, yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edəcək.

Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin, perspektivli ağır atletlərin müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığma komandalara seçilməsi, 20 və 23 yaşlı gənc oğlan və qızlar arasında keçiriləcək Avropa birinciliyinə hazırlıqlı idmançıların müəyyən olunmasıdır.
Bütün ağır atletika sevərlər və media nümayəndələri dəvətlidir.

Oruc
Xəbəri paylaş