Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda yerləşən "Vadi İstanbul" Ticarət Mərkəzində ötən gün yerli vaxtla axşam saat 20:00 radələrində naməlum qruplar arasında yaranmış silahlı atışmada dördü azərbaycanlı olmaqla 6 nəfər yaralanıb.
Newscenter.az-ın xəbərinə görə, bu barədə "Report"un yerli bürosuna Azərbaycanın İstanbuldaki Baş Konsulluğundan məlumat verilib.
Yaralanan azərbaycanlılar Rakif Əliyev, Mahrec Kərimov, Azər Amanov və Qulam İbrahimovdur.
Bildirilib ki, yaralı həmyerlilərimiz hazırda Seyrantepe Hamidiye Etfal Araşdırma Xəstəxanasında müalicə olunurlar.
Hadisənin başvermə səbəbləri aidiyyəti orqanlar tərəfindən araşdırılır.