Milli Məclisin payız sessiyasında bəzi komitələrin iclaslarının Şuşada keçirilməsi gözlənilir.
Newscenter.az xəbər verir ki, Milli Məclisin deputatı Aydın Hüseynov belə bir açıqlama ilə çıxış edib. Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan olunmuş “Şuşa ili” çərçivəsində Şuşada keçirilən tədbirlərə parlamentin 2022-ci ilin yaz sessiyasının komitə iclasları da daxil edilib.
"Ötən sessiyada baş tutan iclaslarda bir çox komitələr birgə, eləcə də ayrı-ayrılıqda dinləmələr və müzakirələr həyata keçirib".
Mehman