"Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində guya atəşin açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə yayılan məlumat yalandır, heç bir real əsası yoxdur və həqiqəti əks etdirmir".
Bu barədə Newscenter.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edilib.