Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bu gün bir qrup rayon sakinini qəbul edib.
Newscenter.az xəbər verir ki, İcra Hakimiyyətinin inzibatı binasında baş tutan görüşdə icra başçısının müavinləri, RİH aparatının şöbə müdirləri və digər vəzifəli şəxslər də iştirak etdilər. Qəbulda növbə ilə söz alan Yasamal sakinləri yaşayış evlərinin dam örtüklərinin təmiri, şəhid ailələrinə sosial yardım, Vətən müharibəsi qazilərinin işlə təmini, vətəndaş-MTK mübahisələri, vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və bir sıra digər sosial məsələlər qaldırdılar.
İcra başçısı Elşad Həsənov iki saata yaxın davam edən qəbulda sakinləri diqqətlə dinlədi və sosial xarakterli məsələlərin həlli ilə baglı müvafiq RİH şöbələrinə göstərişlər verdi.Qaldırılan digər məsələlər isə nəzarətə götürülərək onların həll müddətləri müəyyən edildi.Yasamal Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq vətəndaşlarla görüş və qəbulları davam edir.
Mehman