Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əflatun Amaşov: "Düşmənin məkrli planlarına bilməyərəkdən olsa belə alət olmamaq şərtdir"

Əflatun Amaşov: "Düşmənin məkrli planlarına bilməyərəkdən olsa belə alət olmamaq şərtdir"


"Azərbaycan Mətbuat Şurası Azərbaycan mediasının Ermənistan-Azərbaycan dövlət sərhəddində yaşanan gərginliklə bağlı məsələləri işıqlandırmasını diqqətdə saxlamaqdadır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov səsləndirib. O bildirib ki, hiss etdiyimiz və gördüyümüz qədərilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi də öz növbəsində cəmiyyətin məlumatlandırılmasını kifayət qədər operativ həyata keçirməkdədir:

"Qurum Ermənistan KİV-ləri və sosial media seqmenti tərəfindən dövriyyəyə buraxılan dezinformasiyalara dərhal reaksiya verir. Bu, cəmiyyətimizin yanlış məlumatlandırılmasının qarşısının alınması baxımından son dərəcə mühüm hərəkətlilikdir. Müdafiə Nazirliyi ölkə KİV-lərinə və sosial şəbəkə istifadəçilərinə də müraciət ünvanlayaraq rəsmi mənbələrə istinadın mütləq zəruriliyini diqqətə çatdırıb".

MŞ sədri qeyd edib ki, informasiya bolluğu şəraitində Azərbaycan mediası üçün işləmək də asan olacaq:

"Hər bir halda ehtiyatı əldən verməmək, düşmənin məkrli planlarına bilməyərəkdən olsa belə alət olmamaq şərtdir. Hesab edirik ki, Azərbaycan jurnalistləri bunu yetərincə ciddi dərk edir. Bir daha həmkarlarımızı həssas davranmağa, yalnız rəsmi mənbələrə istinad etməyə, habelə əldə olunmuş bilgilərin informasiya dəyərini yoxlamağa çağırırıq. Unutmayaq ki, ölkə və xalq üçün müstəsna əhəmiyyət kəsb edən vəziyyətlərdə hər kəsin öz işinə məsuliyyətlə yanaşması ümumi maraqlara ən ali xidmət nümunəsidir. Uca Tanrı Ordumuzu, Vətənimizi qorusun!"

Mehman
Xəbəri paylaş