Azərbaycan Ordusunun Ermənistanın sərhəddə törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistanın 10 hərbçisi yaralanıb.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Göyçə vilayətinin Martuni şəhər tibb mərkəzindən “Sputnik Armeniya”ya bildiriblər.
Məlumata görə, yaralıların 4-ü paytaxt İrəvana aparılıb.