Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avqustda ölkədə elektrik enerjisi istehsalı 2,5 % artıb

Avqustda ölkədə elektrik enerjisi istehsalı 2,5 % artıb


Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ilin avqust ayında Azərbaycanda elektrik enerjisinin istehsalı 2837,7 mln. kVt·st təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 68,9 mln. kVt·st, yaxud 2,5% artması deməkdir.

Newscenter.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, ötən ay ərzində elektrik enerjisinin idxalı 10,9 mln. kVt·st olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 mln. kVt·st, ixrac isə 372,4 mln. kVt·st olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 222,4 mln. kVt·st artıb.

Ümumilikdə 2022-ci ilin yanvar-avqust aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 488,8 mln. kVt·st, yəni 2,6% artaraq 19 115,7 mln. kVt·st olub.

Hesabat dövründə ötən ilin 8 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 136,2 mln. kVt·st artaraq 17 560,3 mln. kVt·st, SES-lərdə 341,5 mln. kVt·st artaraq 1 308,5 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 11,1 mln. kVt·st artaraq 246,9 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 59,3 mln. kVt·st, günəş elektrik stansiyalarında 43,9 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 143,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

8 ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 17 221,6 mln. kVt·st (İES-lərdə 16 011,7 mln. kVt·st, SES-lərdə 1 209,9 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 323,9 mln. kVt·st (İES-lərdə 196,4 mln. kVt·st, SES-lərdə 87,1 mln. kVt·st, GES-də 40,4 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 43,5 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 1 526,7 mln. kVt·st təşkil edib.

2022-ci ilin yanvar-avqust ayları üzrə elektrik enerjisinin ixracı 1 406,4 mln. kVt·st, idxalı isə 94,3 mln. kVt·st olub.

Mehman
Xəbəri paylaş