Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan sülh danışıqlarından imtina etməlidir

Azərbaycan sülh danışıqlarından imtina etməlidir


"Azərbaycan sülh danışıqlarından imtina etməli, indiki Ermənistan dövlətinə rəsmi şəkildə torpaq iddiaları irəli sürməlidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov səsləndirib. Partiya rəsmisi qeyd edib ki, bu bizim doğal haqqımızdır:

"Təcili olaraq antiterror əməliyyatlarına başlamalı, Azərbaycan sərhədlərini Ermənistanın içinə doğru genişləndirməli, orada yaşayacaq əhalimizin təhlükəsizliyini təmin etmək məqsədi ilə bufer zona yaratmalıdır. O zaman ermənilərin ağlı başına gələcək. Buna bizim həm mənəvi haqqımız , həm də hərbi gücümüz var. Fürsətdi, “BÖYÜK VƏTƏN” bizi gözləyir".

Mehman
Xəbəri paylaş