İlahi, bəlkə içimizdəki vəzifə hərislərinə, kreslo sevdalılarına və şəxsi zəmində öz xalqından qisas almaq eşqi iləçyananlara görə bizi cəzalandırırsan? Vətən 50 nəfər şəhid verib, xeyli adını siyasətçi qoyan və onlara züy tutan tərəfdarları bu faciə üzərində siyasi xal toplamaq üçün səy göstərir. Bir özünüz də düşünün ki, sizlər Qarabağ üçün nə etmisiniz?
Heç utanmaq yoxmu?
Adını müxalifət qoyub ağIina gələni danışırlar. Bunlar arzu edərdi ki, daha çox şəhid olsun və hakimiyyəti, birbaşa Prezident İlham Əliyevi hədəfə alsınlar. Heç indi müxalifətçiliyin yeridir?
Hələ ki, Müsavat başqanı Arif Hacılının və AXCP sədri Əli Kərimlinin yazdıqlarını gördüm. Biabırçılıq. Vallah, gedin siyasətdən. Xalq nə dərddə, sizlər isə kreslo davasında. Lağlağı, istehza dolu yazılar. Hələ onların postlarının altında şərh yazanlar. Hamısı bir-bir müəyyən edilib ən sərt cəzalarını alsınlar gərək. Allah eləməsin, birdən siz olsaydınız İlham Əliyevin yerində, Vallah indi nə Qarabağ vardı, nə cənubu, nə də şimalı.
İndi, hesab sormaq, məntiqsiz suallar vermək, az qala Ermənistana qahmar çıxmaq vaxtı deyil, dəstək olmaq zamandır. Ola bilmirsiniz, heç olmasa susun!
Bu hərəkətiniz bağışlanılmazdır!
Razi Nurullayev-Milli Məclisin deputatı, MCP sədri