Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan parlamenti qarşısında Paşinyan əleyhinə aksiya keçirilib

Ermənistan parlamenti qarşısında Paşinyan əleyhinə aksiya keçirilib


Ermənistan parlamenti qarşısında Paşinyan əleyhinə aksiya keçirilib.

Bu barədə Newscenter.az Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Azərbaycana qarşı təxribat zamanı öldürülən hərbçilərin yaxınları və müxalifət nümayəndələri qanunverici orqanın binasına bütün girişləri bağlamaq niyyətindədirlər.

Parlamentin binası qarşısında Baş nazir Nikol Paşinyana qarşı impiçment prosedurunun başlanması tələbi ilə mitinq hazırda davam edir.

Aksiyada 44 günlük müharibədə həlak olan əsgərlərin yaxınları, müxalifət qüvvələrinin nümayəndələri iştirak ediblər.

Nümayişçilər sentyabrın 14-də səhər saat 8-dən parlament binasının bütün girişlərini bağlamaq niyyətindədirlər. Onların bəziləri qanunverici orqanın binasının yaxınlığında gecələmək qərarına gəliblər.

Anar TAGIYEV
Xəbəri paylaş