Türkiyənin siyasi partiya liderləri azərbaycanlı yazar, tarixi romanlar müəllifi, sabiq millət vəkili Cahangir Hüseynova təşəkkür məktubu ünvanlayıblar.
Newscenter.az xəbər verir ki, bu barədə məlumtı Cahangir Hüseynov özü verib. O bildirib ki, qardaş ölkənin siyasi liderlərinin təşəkkür məktubu bir müddət əvvəl işıq üzü görmüş və Türkiyə türkcəsinə uyğunlaşdırılaraq çap edilmiş "Yeni Qarabağnamə: Qarabağ Azərbaycandır!" kitabı ilə bağlıdır:
"Türkiyədə çap edilmiş həmin kitabı qardaş ölkənin siyasi liderlərinə də göndərmişdim. Həm Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, həm də İYİ Partiyanın rəhbəri Meral Akşener tərəfindən şəxsimə ünvanlanmış təşəkkür məktublarında "Yeni Qarabağnamə:Qarabağ Azərbaycandır!" adlı kitabın onlarda maraq doğurduğu vurğulanır və kitabın onlsra da göndərilməsindən dolayı təşəkkür ifadə edilir"