Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası işə başlayıb

Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası işə başlayıb


Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 77-ci sessiyası işə başlayıb.

Newscenter.az xarici KİV-ə istinadən xəbər verir ki, iclası BMT-nin Baş katibi Antoniu Quterreş və sessiyanın sədri, macar diplomatı Çaba Quereşi açıblar.

Diplomatlar gündəliyi, görüşlərin cədvəlini, nümayəndə heyətlərinin səlahiyyətlərini təsdiq edəcək və işçi komitələr yaradılacaq.

Yeni sessiyanın gündəliyinə iqlim dəyişikliyi, koronavirus və digər infeksiyalarla mübarizə, davamlı inkişaf məsələləri, inkişaf etməkdə olan ölkələrin borcları, müasir münaqişələr və böhranlar daxil olmaqla bütün əsas beynəlxalq mövzular daxildir.

Müxtəlif ölkələrin dövlət, hökumət başçıları və xarici işlər nazirlərinin iştirak edəcəyi yüksək səviyyəli həftə (20-26 sentyabr) sessiyanın əsas tədbiri olacaq. Bununla yanaşı, onlarla çoxtərəfli və ikitərəfli görüşlər keçiriləcək.
Xəbəri paylaş