Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışma olub.
Newscenter.az xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidməti məlumat yayıb.
“2022-ci il sentyabrın 14-də dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində silahdan istifadə ilə bağlı insident baş verib”, - məlumatda deyilir.
Bir sıra xəbər agentlikləri Qırğızıstanın sərhəd xidmətinin məlumatlarına istinadən Tacikistan tərəfinin minaatanlardan istifadə etdiyini bildirib.
Qeyd edilir ki, hadisə Qırğızıstanın Batken vilayətinin Bulak-Başı kəndində baş verib.
Anar TAGIYEV