«Ermənistan müxalifəti, orada hakimiyyəti ələ almaq istəyən qüvvələr Qarabağ kartı ilə monipulyasiya edir, Paşinyan hökumətini devirib hakimiyyəti ələ keçirmək istəyirlər. Ona görə də müntəzəm olaraq dövlət sərhədində təxribatlar həyata keçirilir».
Newscenter.az xəbər verir ki, bu fikirləri “Milli İnkişaf” İctimai Birliyinin sədri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Arzuman Muradlı deyib ki, bütün bunlara baxmayaraq Azərbaycan hər an sülh müqaviləsi bağlamağa hazır olduğunu bəyan edir:
«Hesab edirəm ki, dövlət sərhədində ermənilər tərəfindən törədilən təxribatlar heç də onların xeyrinə olmayacaq. Cənab Prezident də dəfələrlə bu barədə fikirlərini ifadə edib. Bu təxribatlar heç bir halda erməni xalqına dividentlər gətirməyəcək. Əgər erməni xalqı yaxşı yaşamaq istəyirsə, o halda bu cür təxribatçı qüvvələrdən uzaq olmalı və başa düşməlidirlər ki, sülh müqaviləsinin alternativi yoxdur və zamanında zəbt etdikləri torpaqlar Azərbaycan əraziləridir, həmin əraziləri tezliklə tərk edib getməlidirlər».