Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dayanıqlı İnkişaf sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Dayanıqlı İnkişaf sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib


Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədov ilə Asiya İnkişaf Bankının (AİB) Vitse-Prezidenti Cənab Şiksin Çenin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüş zamanı İsrafil Məmmədov qonaqlara Fondun investisiya siyasəti, investisiya portfelinin başlıca istiqamətləri , Fondun vəsaiti hesabına maliyyələşdirilən layihələr, ölkədə makro-iqtisadi sabitliyin təmin olunmasında Fondun rolu, Azərbaycan Respublikasının 2022-2026-cı illəri əhatə edən Sosial-iqtisadi İnkişaf Strategiyasının əsas hədəfləri barədə AİB-in nümayəndə heyətinə geniş məlumat verərək, AiB-nin Azərbaycanda həyata keçirdiyi təşəbbüsləri yüksək qiymətləndirib.

Asiya İnkişaf Bankının Vitse-Prezidenti Cənab Şiksin Çen Azərbaycana gəlişindən məmnunluq duyduğunu bildirərək, AİB ilə Azərbaycan arasında gələcəkdə Dayanıqlı İnkişaf sahəsində əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.

Sevinc
Xəbəri paylaş