Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni hərbiçilərinin çoxunun meyiti hələ də döyüş meydanında qalıb

Erməni hərbiçilərinin çoxunun meyiti hələ də döyüş meydanında qalıb


"Əldə etdiyim məlumata görə, Ermənistan ordusunun Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində bölmələrimizə qarşı törətdiyi təxribat nəticəsində baş verən qanlı döyüşlərdə qarşı tərəfin 400-dək hərbiçisi məhv edilib. Çoxunun meyiti hələ də döyüş meydanlarında qaldığına görə Ermənistan tərəfi ölənlərin sayını dəqiqləşdirib ortaya çıxarda bilmir".

Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O bildirib ki, biz də şəhid vermişik, amma şəhidlərimizin qisası döyüş meydanında qat-qat artıq alınıb:

"Əsas odur ki, Ermənistana miqyası təsvir olunmayacaq dərəcədə güclü zərbə vurulub. Açıq deyim ki, bir çox məsələlər barədə dəqiq məlumat vermək olmur. Bəlkə buna görədir ki, cəmiyyətimizdə bu qədər şəhid verməklə nə əldə etdiyimiz barədə suallar aktualdır. Amma bu məsələlər barədə kifaəyət qədər məlumatlı bir insan kimi deyirəm ki, zamanla hər şey bilinəcək və əsgərlərimizin, zabitlərimizin igidliyi, peşəkarlığı sayəsində əldə etdiyimiz uğurun miqyası tam göründükdən sonra onun əsl qiyməti veriləcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmadı və heç zaman qalmayacaq".

Mehman
Xəbəri paylaş